Azərbaycanda ən yüksək maaş alan 5 sektor - Birinci yerdə 4,4 min manatdır

Bu gün, 17:24           
Azərbaycanda ən yüksək maaş alan 5 sektor -
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 1 095 manatla müqayisədə 80 manat və ya 7,3% artıb.

Ən yüksək orta aylıq əməkhaqqı isə mədənçıxarma, maliyyə və sığorta, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də dövlət idarəetməsi və müdafiə sahələrində qeydə alınıb.

Sahə 2026-cı il 2025-ci il Artım Artım (%)
Mədənçıxarma sənayesi 4 405,7 manat 3 743,6 manat 662,1 manat 17,7%
Maliyyə və sığorta fəaliyyəti 3 185,9 manat 3 148,2 manat 37,7 manat 1,2%
İnformasiya və rabitə 2 133,6 manat 1 875,2 manat 258,4 manat 13,8%
Peşə, elmi və texniki fəaliyyət 1 949,9 manat 1 858,9 manat 91 manat 4,9%
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 1 734,7 manat 1 455,7 manat 279 manat 19,2%
Valyuta.az 22.07.2026












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru