Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir

Bu gün, 16:12           
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti, müzakirə olunub. Bildirilib ki, Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilir və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni növ ağac və kölların əkilməsi həyata keçirilir.
Qeyd edilib ki, son illərdə aparılan tədbirlər nəticəsində şəhərdə yaşıllıq və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, paytaxtın iqlim şəraitinə uyğunlaşan yeni ağac, kol və gül növlərinin birliyin xüsusi istixanalarında yetişdirilməsi və daha sonra əkilməsi davam etdirilir. Bu işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, biomüxtəlifliyin artırılması və urbanistik landşaftın daha da zənginləşdirilməsi məqsədini daşıyır.
Qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə yaşıllaşdırma tədbirlərində əsasən quraqlığa davamlı və yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Eyni zamanda, müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əkilən bitkilər sırasında Kanna, Platicodon, Vinka və digər müxtəlif rəngli dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus, deloniks və şəhərin iqlim şəraitinə uyğun bir sıra ağac növləri də yer alır.
Sözügedən yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən aparılır. Paytaxtın yaşıllıq növləri sayının genişləndirilməsi, yeni ağac, gül və kol növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru