Avropadakı hərbi bazalardan qalxan ABŞ bombardmançıları İRAN ÜZƏRİNDƏ

Bu gün, 00:14           
Avropadakı hərbi bazalardan qalxan ABŞ bombardmançıları İRAN ÜZƏRİNDƏ
ABŞ ordusu İrana qarşı zərbələrin bərpasından sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançı təyyarəsindən istifadə edib.

TEREF xəbər verir ki, bu barədə iyulun 23-də "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, amerikalı hərbçilər çərşənbə axşamı İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbə endirmək üçün B-1 uzunmənzilli bombardmançısını işə salıblar. Bu texnikanın döyüş əməliyyatlarına cəlb olunması ABŞ-ın hərbi kampaniyasının əhəmiyyətli dərəcədə gücləndiyini və miqyasının genişləndiyini göstərir.

"Axios"un mənbələri qeyd ediblər ki, hərbi əməliyyat və İran ərazisinə zərbənin endirilməsi üçün Böyük Britaniyanın hərbi bazasından istifadə olunub./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru