Belçikada 18 mindən çox adam terrorçularla əlaqədə şübhəli bilinir

22-04-2017, 09:04           
Belçikada 18 mindən çox adam terrorçularla əlaqədə şübhəli bilinir
Son 7 ildə Belçika polisinin məlumat bazasında terrorçuluq fəaliyyətində şübhəli hesab edilən insanların sayı 10 dəfə artıb.
"Report"un məlumatına görə, bu barədə "RQ" agentliyi kralllığın Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Nazirliyin məlumatına əsasən 2010-cu ildə onların sayı cəmi 1875 nəfər olub. Hazırda isə bu rəqəm 18 884 nəfər təşkil edir.
"Bunlar yalnız terrorçuluq fəaliyyətində şübhəli bilinənlərdir. Ümumilikdə məlumat bazasında 2,2 milyondan çox ad var" – deyə ölkənin daxili işlər naziri Yan Yambon bildirib.
Terrorçularla əlaqədə şübhəli bilinənlərin sayının bu cür kəskin şəkildə artması siyahıya terrorçularla bağlı şəxslərin daxil edilməsi, həmçinin onların kompyuterlərində İŞİD-lə bağlı təbliğat materiallarının aşkar edilməsi ilə izah olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru