Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI

Bu gün, 12:01           
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI
Bakıda “Exclusive” mağazasının meneceri yeyinti ittihamı ilə həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Fərid Məmmədov əsasən geyim məhsulları satılan mağazada əvvəlcə satıcı, daha sonra menecer işləyib.

Müəyyən edilib ki, o, işlədiyi müddətdə satılan mallardan əldə olunan ödənişlərin bir hissəsini öz bank kartına yönləndirib. Bu üsulla 500 min manatdan çox pul mənimsəyib.

Mağaza sahibinin şikayəti əsasında F.Məmmədov həbs edilib. Prokurorluq tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib.

Məhkəmədə təqsiri sübuta yetirilsə və dəymiş ziyan ödənilməsə, Fəridi 14 ilə kimi həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru