Ona görə də qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata. Dürüst olun.

Bu gün, 16:36           
Ona görə də qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata. Dürüst olun.
Mən baxıram, həmkarlarım Azərbaycan Dəmir Yollarının (ADY) hazırladığı tezisləri paylaşırlar. Normal yanaşma olardı, amma dərin araşdırma aparsaydılar. Mənə elə gəlir ki, qiymətdə "qazlama" prinsipləri əsas götürülüb. Bir qədər də dəqiqləşdirsək, bu idarə, deyəsən, vətəndaşları sadəcə incitmək eşqinə düşüb.
Deyirəm, bizim bəzi məmurlarda, yumşaq kreslo vurğunlarında dövlət, xalq sevgisi olsaydı, belə müzakirələrə heç ehtiyac da yaranmazdı. Nə isə. Qoy sözümü üzlərinə deyim: Yüksək qiymət sevdalısı olan ADY, sizin tezisiniz natamamdır. Doğrudur, qiymətlər Gürcüstan ərazisinə keçdiyi üçün İsveçrə frankına görə müəyyən edilir. Bu, texniki mənşəlidir. Lakin mənzərə başqa şey deyir axı! Avropada qısaməsafəli reyslərin qiyməti təxminən 10–50 avro arasında dəyişir. Paris–Lion (460 km) üçün 30 avrodan bilet tapmaq mümkündür. Bu baxımdan Bakı–Tbilisi üçün 81 manat insafsızlıqdır. Çünki Azərbaycanda 2026-cı ildə orta aylıq əmək haqqı təxminən 1100–1150 manat səviyyəsindədir. Avropada orta maaş 2500–3200 avro arasındadır. Bu o deməkdir ki, avropalı işçi xərclərinin 1–2%-ni xırıd edir, azərbaycanlı isə 7-14%-ni.

Ona görə də qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata. Dürüst olun.
Bu yaxınlarda dostum Macarıstandan Sloveniyaya getmişdi qatarla. Olduqca sərfəli qiymətə. İstəsəniz, onunla sizi görüşdüm, örkənlə doğanağın mehriban münasibətlərindən danışsın. Bir də ki, Avropada eyni zamanda erkən rezervasiya, sosial tarif sistemi, yüksəksürətli qatarlar, açıq rəqabət mühiti də var. Bizdə bunlar varmı? YOX!!!
Fadil Paşayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru