Brendlərin sosial mediada kontent yaradarkən hansı səhvi edir?

Dünən, 17:24           
Brendlərin sosial mediada kontent yaradarkən hansı səhvi edir?
Brendlər sosial şəbəkələrdə getdikcə daha çox kontenti məna və mesajdan çox, yalnız daha böyük əhatə (reach) əldə etmək üçün yaradır. Bu isə internetdə “rəqəmsal səs-küyün” artmasına səbəb olur.

Bu barədə “İzvestiya” qəzetinə media sahibkarı, "Spot Film" və "Big Black Studio"nun həmtəsisçisi Pavel Qalin bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda bazarda şirkətləri daima yeni materiallar hazırlamağa və paylaşmağa məcbur edən bir vəziyyət yaranıb. Bu da nəticədə oxşar və təkrarlanan kontent axını yaradaraq məzmunu “hadisə” statusundan çıxarıb.

Ekspert qeyd edib ki, bir çox brendlər artıq başqalarının ideyalarını təkrarlamağa başlayıb. Beləliklə, paylaşımın tezliyi onun keyfiyyətindən və mənasından daha vacib hala gəlib.

“Xüsusi mövzu isə neyron şəbəkələrdir. Bazar onları ideal işçi kimi qəbul etdi: sürətli, ucuz və sonsuz məhsuldar", deyə Qalin bildirib.

Lakin o vurğulayıb ki, süni intellekt istifadəçi ilə emosional bağ qurmaq qabiliyyətinə malik deyil. İstifadəçilər isə süni və avtomatlaşdırılmış kontenti asanlıqla hiss edir və bundan yorulurlar. Mütəxəssis brendlərə auditoriyanı daha dərindən öyrənməyi və trend-ləri yalnız vasitə kimi istifadə etməyi tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru