Əfqanıstanı silkələyən məğlubiyyət: Müdafiə naziri və Baş qərargah rəisi istefaya getdi

24-04-2017, 13:47           

Əfqanıstanın Müdafiə naziri Abdullah Habibi ilə Baş qərargah rəisi Qədim Şah Şahim istefa verib.
Ovqat.com-un bildirdiyinə görə, hər iki əfqan hərbi lideri ötən cümə günü Bəlx vilayətindəki korpusa edilən hücumdan sonra bu addımı atmağa məcbur olub.
Qeyd edək ki, həmin hücum zamanı əfqan Talibanı 140-dan artıq hərbçi və təhlükəsizlik xadimini öldürmüşdü.
Bu hücum həqiqətən də əfqan ordusunun imicinə ciddi zərbə vurmuş, böyük hərbi məğlubiyyət kimi tarixə düşmüşdü. Nədən ki, hücumu həyata keçirən Talibançıların cəmi 10 nəfərdən ibarət olduğu bildirilir. Əfqanıstanın ən qüdrətli hərbi bölümü sayılan 209-cu Şahin korpusunda terrorçuların özlərindən 14-15 dəfə çox dəfə çox əsgəri qətlə yetirməsi ordudakı nizam-intizamın və psixoloji hazırlığın yoxluğuyla izah edilir.
Hətta bəzi hərbi ekspertlərə görə, əfqan ordusu yaxın zamana qədər özünü toparlaya bilməsə, Taliblər 6 ay ərzində bütün ölkəni ələ keçirə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru