Bakıda yanmış binadan 4 nəfəri xilas edən polis zəhərlənib

20-05-2015, 11:01           
Bakıda yanmış binadan 4 nəfəri xilas edən polis zəhərlənib
Polis əməkdaşı Bakıda güclü yanğın baş vermiş 16 mərtəbəli binadan 4 nəfəri xilas edib.

Trend-in məlumatına görə, Bakının mayın 19-da Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli binada baş vermiş güclü yanğın zamanı Çevik Polis Alayının 2-ci Partul Bölüyünün əməkdaşı Qocayev Şahin Alı oğlu vəzifəsinin icrası zamanı şücaət göstərərk 3 nəfəri xilas edib. 4-cü sakini, Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbis Ülvi Sadıqovu xilas edərkən isə binanın 7-ci mərtəbəsinin blokuna çıxarkən hər ikisi tüstüdən zəhərləniblər.

Polis əməkdaşı Şahin Qocayev və tələbə Ülvi Sadıqov 6 saylı Birləşmiş şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hazırda hər ikisi ciddi həkim nəzarətindədirlər.

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.
teref.az olaraq faciə zamanı bizim polis, FHN-nin xilasedicilərinin və həkim kollektivlərinin göstərdikləri fəıdakarlıqları xüsusi ilə qeyd etmək istəyərdik. Ölümlə üz üzə dayanan bu insanlar heç nəyə baxmadan öz işlərini davam etdiriblər və ən ağır anlarda belə sakinlərin xilasına çalışıblar. Onlıarın bu fədakarlıqları insan təlafatının azalmasına səbəb olub.
Şəxsən teref.aznun kollektivi adından bu qəhrəman və fədakar insanlara təşəkkür etmək istəyirəm!!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]