“Unibank”dan şikayət - Müştərinin hesabından pulu vermirlər

21-11-2025, 07:14           
“Unibank”dan şikayət -
“Unibank” vətəndaşın pulunu vermir.

XALQ-ın məlumatına görə, “Müştəriyəm şikayətim var” qrupunda Elmir Allahverdi yazıb ki, “Unibank”ın hesabında 10 min manat pulu var lakin nağdlaşdıra bilmir.

Bankdan bildiriliblər ki, yalnız 2000 manat kommisiyasız nağdlaşdıra bilərsiz.

Şikayətçinin qeydlərini olduğu kimi təqdim edirik:

Şikayətim Unibank’dandır. Balansda 10.000 pul var, bank deyir bu ay komissiyasız yalnız 2.000 azn götürə bilərsən (filialın kassasından, atm’dən fərq etmir). Bildiyiniz pulu girov götürüblər. Komediya bu qədər.

Qeyd edək ki, son zamanlar banklarla bağlı əmanətçilərin, müştərilərin şikayətləri artamaqdadır.

Məsələ ilə bağlı Unibankda heç bir açıqlama almaq mümkün olmadı

Bankın da fikirlərini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]