Azərbaycanda nazirlər, məmurlar çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər... İqtisadçı ekspert

21-11-2025, 09:24           
Azərbaycanda nazirlər, məmurlar çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər... İqtisadçı ekspert
Mikayıl Cabbarov, sitat: “1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda, gündəlik orta hesabla 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb”.
Dünyada əyləncəli statistikalar çoxdur, onlardan biri də “delfin statistikasıdır” – yəni, bilinən faktdır ki, delfinlər qəzaya uğrayan gəmilərdən insanları xilas edib sahilə gətiriblər, xətta, son 100 ildə dünya mətbuatında bu tipli xəbərləri, təsdiq olunmuş faktları toplayanlar da olub və onlar iddia edirlər ki, son 100 ildə delfinlər 1500-ə yaxın insan xilas edib, sahilə doğru gətiriblər. Amma, təbii ki, delfinlər tərəfindən sahilə deyil də, dənizlərin, okeanların dərinliklərinə aparılan insanların sayı haqqında heç bir rəqəm, məlumat yoxdur.
Azərbaycanda nazirlər, məmurlar çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər, yəni, açılan iş yerləri haqqında deyirlər, bağlanan işyerləri haqqında isə heç nə söyləmirlər. Məsələn, 2023-cü ildə ölkədə 14 min 900, 2024-cü ildə 11 mindən çox, bu ilin yanvar-sentyabr aylarında isə 8 min 900 iş yeri bağlanıb.
Beləliklə, 2023-cü ildən bu ilin, 2025-in sentyabr ayının sonunadək ölkədə 34800 iş yeri qapadılıb, yəni, günə 35 nəfər işsiz qalıb...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]