AQTA-da skandal: Qoşqar Təhməzlinin ətrafında nələr baş verir? - FOTOFAKT

21-11-2025, 12:50           
AQTA-da skandal:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri dəyişib.

Globalinfo.az-a daxil olan məlumata görə, bu vəzifəyə hələ ötən il oktyabrın 24-də Məmmədrəhim Tahir oğlu Nəcəfov təyin olunub.

Lakin bu barədə mediaya məlumat verilməyib və demək olar ki, bu, ictimaiyyətdən gizlədilib.

Təyinatdan xeyli sonra bu barədə məlumat yalnız AQTA-nın rəsmi saytındakı “Rəhbərlik” bölməsində.

Bildirildiyinə görə, AQTA-nın əvvəlki Aparat rəhbəri Elxan Mikayılov bu təyinatla barışmaq istəməyib.

Təsadüfi deyil ki. E.Mikayılov Feysbuk hesabında özünü hələ də “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri adlı yerdə işləyir” kimi təqdim edir.


M.Nəcəfovun təyinatının ictimaiyyətə açıqlanmaması da E.Mikayılovun bununla barışmaması və yeni Aparat rəhbərinin bu vəzifənin öhdəsindən gələ bilib-bilməməsi ilə bağlı olub.
Məlumata görə, AQTA sədri Qoşqar Təhməzli agentliyin şöbə müdirlərini tez-tez dəyişir, onları işdən çıxarır. Onun müavinləri Balarəhim Mirzəağa oğlu Quliyev, Zəkiyyə Müslüm qızı Mustafayeva və Əziz Əşrəf oğlu Şərifov isə dəyişmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]