Elman Nəsirovun Rəqəmlər və məntiqi və yaxud Natiq Cəfərlinin hesab dərsi?

22-11-2025, 00:03           
Elman Nəsirovun Rəqəmlər və məntiqi və yaxud Natiq Cəfərlinin hesab dərsi?
Deputat, Elman Nəsirovdan sitat: “2026-cı ildə bizim xərcləmək üçün 41 milyard 700 milyon manat vəsaitimiz var. Əgər onun 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir”.
Elman müəllim, rəqəmlər və məntiq bilirsiniz nə deyir?! Deyir ki, sosial xərclər 2026-cı ildə bu ilə nisbətən 213 mln. manat artır, söyləyir ki, ölkədə 10 mln. əhali yaşayır, deməli, gələn il sosial xərclər adambaşına 21 manat 30 qəpik, yəni, adambaşına ayda 1 manat 77 qəpik artır. Yəni, Siz deyirsiniz ki, sosial xərclər illik müqaisədə gələn il adambaşına ayda cəmi 1 manat 77 qəpik artırsa, insanlar daha yaxşı yaşayacaq. Budur məntiq?! Bu rəqəm, bəli, nəsə göstərir, amma o görünən məntiq deyil, hökumətin insanlara münasibətidir...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]