Əhməd Cavadın nəticəsi türkiyəli yazıçı Zülfü Livaneliyə cavab verdi: "Onun tarixdən xəbəri yoxdur" VİDEO

22-11-2025, 09:38           
Əhməd Cavadın nəticəsi türkiyəli yazıçı Zülfü Livaneliyə cavab verdi:
"Türkiyənin tanınmış insanının dəqiqləşdirilməmiş bir xəbər yayması məni təəssüfləndirir. Məncə, Zülfü Livaneli tarixi yaxşı oxumalıdır. Onun səsləndirdiyi fikrin heç bir tarixi əsası yoxdur. "Çırpınırdı Qara dəniz" şeirinin yaranması dövrün tələbi idi".

Oxu.Az xəbər verir ki, bu sözləri Əhməd Cavadın nəticəsi Cavad Axundzadə bildirib.

"Sayat Nova 18-ci əsrdə yaşayıb. Həmin vaxtda da belə bir şeir yarana bilməzdi. Dövrün siyasi-ictimai ab-havası başqa idi. Şeirin yazılma tarixi var. Burada qeyri-adi məntiq axtarmaq lazım deyil. Bu bir türkün qəhrəmanlıq dastanıdır.

XVIII əsrdə türkçülük ideologiyası yox idi. Bu hərəkatın yaranması və inkişafı XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Şeir təpədən-dırnağa qədər türklük məfkurəsi ilə bağlıdır. Ulu babam Türkiyəni çox sevirdi. Turançılıq ideologiyası uğrunda mübarizə aparırdı və bu yolda da şəhid oldu", - deyə o qeyd edib.

Xatırladaq ki, Z.Livanelli özünün "YouTube" kanalında yayımladığı podkastında şair Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeirinin müəllifliyinin erməniəsilli aşıq Sayat Novaya aid olduğunu iddia edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]