Mədəniyyət Nazirliyinin bu qadından başqa dərdi yoxdur?

29-11-2025, 09:22           
Mədəniyyət Nazirliyinin bu qadından başqa dərdi yoxdur?
Vüqar Əhmədin bir qrup sənətçi ilə birlikdə Mədəniyyət Nazirliyinə yönəlmiş iradları səngimir. Qarşı tərəf də cavab tədbirləri görür.
Bu günlərdə şair bəzi saytların hədəfinə tuş gəlib. Vüqar Əhməd bununla bağlı facebook hesabında status paylaşıb.
Vüqar müəllim onu mediada, sosial platformalarda təhqir və şantaj edən qələm sahiblərinin arxasında elə Mədəniyyət Nazirliyinin dayandığını deyir. Şair həmin saytların nazirliklə əlaqəli qurumlardan hər il tenderlər udduğunu bildirir.
Satınalmalar “bir mənbə” metodu ilə, yəni müsabiqəsiz şəkildə həyata keçirilib. Bu müqavilələr barədə portalda “prosedur vahid internet portalında keçirilməyib” qeydi var, yəni şəffaflıq məsələləri sual altındadır. Deməli, bu jurnalistlər “əl əli yuyar” prinsipi ilə hərəkət edərək nəyinsə müqabilində iş görürlər.

Vüqar Əhmədin iddiasına görə məhz bu səbəblərə görə həmin jurnalistlərə onun və sənətçilərin əleyhinə ən çirkin sözləri dedizdirirlər. Onlar da jurnalistika prinsiplərini, insanlığı bir kənara ataraq çirkin oyuna giriblər.
Qızı xanəndə Almaxanım və onun sənət yoldaşlarının haqqını tələb edən söz adamı, professor Vüqar Əhmədə qarşı şər atmaqdansa, yaxşı olardı ki, həmin saytlar bir dəfə də mədəniyyət sahəsindəki problemlərdən, Mədəniyyət Nazirliyində hegemonluq edən əməkdaşlardan yazsınlar.
Bu nazirlik ciddi-cəhdlə Mənzərxanım adlı əməkdaşını qoruyur. Nazirlər dəyişir, amma Mənzərxanım Nurəliyeva yerində qalır.
Görəsən bunun sirri nədir?
Mədəniyyət Nazirliyinin bu qadından başqa dərdi yoxdur?
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]