Rusiyada böyük biznesi olan sabiq deputatın oğlu Bakıda restoran açıb

2-12-2025, 15:56           
Rusiyada böyük biznesi olan sabiq deputatın oğlu Bakıda restoran açıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Qasımov Taleh Əsabil oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, giriş 211A ünvanında inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, tikinti sahəsi 184,1 kvadratmetr olan bina 1 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN binaya 24 iyul 2025-ci il tarixli 08231 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, iaşə obyektinin sifarişçisi olan Taleh Qasımov sabiq millət vəkili Əsabil Qasımovun oğludur.
Məlumat üçün bildirək ki, Taleh Qasımov Rusiyanın Kislovodsk şəhərində fəaliyyət göstərən “İstoçnik” sanatoriyasının sahibi olan “Sanatoriya İstoçnik Kislovodsk” şirkətinin təsisçisidir. Onun şirkətdəki payı 80%-ə bərabərdir. Taleh Qasımov eyni zamanda Stavropol diyarında qeydiyyatda olan “Ekspo” (100%) və Moskva şəhərində qeydiyyatda olan “Biznes-Çentr Bernikov” şirkətlərinin də (50%) təsisçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]