Venesuela-Maduro əməliyyatının detalları.
4-01-2026, 10:18

Veneduela xüsusi əməliyyatı barədə dünyanın gözlədiyi Tramp və ABŞ-ın yüksək rütbəli hərbi komandanın mətbuat konfransı başa çatıb. Və əvvəlcə Den Keyn əməliyyatın detalları barədə bunları açıqlayıb (bəzi təfərrüatları saxlayaraq).
Əməliyyatda 150 təyyarə və dron iştirak edib və beş saat davam edib.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Nikolas Maduronun ələ keçirilməsi əməliyyatını ətraflı izah etdi:
Maduro üzərinə nəzarət kəşfiyyat məlumatı toplanması, təlim və hərbi koordinasiyalar - bir neçə ay davam edib.
Hər şey dekabr ayına qədər hazır idi, lakin sonra əməliyyat iştirakçıları uyğun hava üçün bir neçə həftə gözləməli oldular.
Nəhayət, 3 yanvar gecəsi əlverişli hava gəldi. Yerli vaxtla saat 22:46-da Prezident Tramp əməliyyata başlamaq əmri verdi.
Eyni anda 20 hərbi bazadan 150-dən çox təyyarə və dron havaya qalxdı. Daha sonra isə, Ədliyyə Nazirliyinin nümayəndələrinin də daxil olduğu (Maduronu şəxsən yerindəcə həbs anı ona qarşı ittiham irəli sürməli olan prokurorlar) ələ keçirmə qrupunu daşıyan vertolyotlar Karib dənizindəki təyyarədaşıyan gəmidən havaya qalxdı.
Generalın sözlərinə görə vertolyotlar sudan 30 metr yüksəklikdə uçurdular. Bu zaman isə təyyarələr və dronlar Venesuela hava müdafiə sistemlərinə zərbələr endirməyə başladılar.
Karakas vaxtı ilə saat 2:01-də vertolyotlar Maduronun iqamətgahına çatdılar. Və onlar təyyarələrdən və dronlardan hava müdafiəsi dəstəyi almağa davam etdilər.
Helikopterlərə yerdən atəş açıldı və onlar cavab atəşi açdılar. Venesuelalılar bir vertolyot vurdular, lakin general Keynin sözlərinə görə, o, zədələnməyib və digər helikopterlər də birlikdə missiyadan salamat geri qayıdıb.
Daha sonra ələ keçirmə qrupu N.Maduronun iqamətgahına yetişdi. Maduronun təhlükəsizlik xidməti kubalılardan ibarət olub. Əməliyyat isə təxminən 30 dəqiqə çəkib. Maduro özünü gizli bir otaqda bağlamaq istəyib, amma buna vaxtı imkanı olmayıb. Amerikalıların qapını açıb içəri girməsi cəmi 47 saniyə çəkib. O və həm həyat yoldaşı gəmi ilə Nyu-Yorka aparılır. Onun oğlu da həbs edilib, lakin haqqında heç nə deyilmir.
Əməliyyatda heç bir amerikalı ölməyib və heç bir avadanlıq zədələnməyib. 20 yaşdan 49 yaşadək olan şəxslər iştirak edib, əməliyyatda.
Baş nazirin müavini hazırda Karakasdadır. Və o amerikalıların dediklərini etməyə hazırdır.
Sonra Tramp çıxış edib:
- Venesuela neftinin Çin və Rusiyaya neft satışı ilə bağlı. Rusiyadan başqa hər kəsə satacaqlar.
- Rusiya ilə məsələlər yoluna qoyulana qədər onunla daha heç bir münasibət olmayacaq. Və Rusiya apardığı müharibədə çoxları ölür və s.
- Amerikanın neft şirkətləri Venesuelanın neft sənayesini yenidən quracaq. Maduro nüfuzu çox ciddi şəkildə zədələnib və Maduro narkotik qaçaqmalçılığında birbaşa iştirak edib. Onun öz karteli var idi.
- Bütün Venesuela neftinə birtərəfli embarqo "tam qüvvədə" olaraq qalır.
- Amerika ordusu "tələblər tam ödənilənə və təmin edilənə" qədər döyüş hazırlığı vəziyyətində qalacaq.
- ABŞ və Venesuela arasındakı tərəfdaşlıq venesuelalıları "zəngin, müstəqil və təhlükəsiz" edəcək.
- Tramp həmçinin Kolumbiyanı və prezidentini tənqid edərək bildirib, orada da narkokartellər baxımından hər şey yaxşı deyil.
- ABŞ dövlıyşt katibi Rubio bildirib ki, Amerika bir şey təklif edərsə, bu, müzakirə olunmalıdır, onunla oynamaq olmaz. (yəqin ki Putini deyib)
- ABŞ-ın Hərbi Naziri bildirib ki, yenidən hamı Amerikaya hörmət etmli olacaq.
- Jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp ABŞ-ın "Venesuelada düzgün idarəetməni təmin etmək" niyyətində olduğunu vurğulayıb
- Vaşinqtonun Venesuelanı idarə etmək üçün istifadə edəcəyi konkret mexanizm barədə soruşulduqda, prezident "təyinatlar artıq edilir" və ictimaiyyətin tezliklə həmin prosesə kimin cavabdeh olacağını biləcəyini bildirib: "Biz artıq insanları müəyyənləşdiririk və sizə onların kim olduğunu bildirəcəyik".
- Venesuelanı kimin idarə edəcəyi birbaşa soruşulduqda, Tramp özünə və ABŞ Dövlət Katibi Marko Rubioya işarə edərək əlavə edib: "Böyük ölçüdə - müəyyən bir müddət ərzində - arxamda dayanan insanlar olacaq".
- Və sonda Tramp bəyan edib ki, Kolumbiyanın, Kubanın, Meksikanın prezidentləri də "davranış, siyasətlərinə diqqət yetirsinlər. Nəzərdədirlər!".
Ilqar Altay
TEREF

