Neftçilərdən Azneft İB-nin rəhbərliyinə "təşəkkürlər" - "1 (bir) kilometr məsafəni piyada (yük çantalari) ilə Sevə-Sevə qət etdiyimizə görə..."

5-01-2026, 10:41           
Neftçilərdən Azneft İB-nin rəhbərliyinə "təşəkkürlər" - "1 (bir) kilometr məsafəni piyada (yük çantalari) ilə Sevə-Sevə qət etdiyimizə görə..."
Hörmətli Mirvari xanim, icazənizlə mən sizin səhifə vasitəsilə Azneft İB-nin rəhbərliyinə öz neftci salam və yeni il təbriklərimi çatdirmaq istərdim. Əlavə olaraq bu gün Qara Qarayev sərnişin gəmisinə minik zamani Ziğ-2 nəzarət buraxiliş məntəqəsindən gəmi limanina qədər olan 1 (bir) kilometr məsafəni piyada (yük çantalari) ilə Sevə-Sevə qət etdiyimizə görə öz minnətdarliğimi bildirmək istəyirəm.
TEREF yazır ki, bunu Rac Kərimov Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Gahramanlinın səhifəsində yazıb. Rac Kərimov daha sonra yazır:
Böyük məmnuniyyətlə dişini-dişinə sixaraq çantalari gülərüzlə sürüyən neftcilərin video-təşəkkürünü də təqdim edərdim amma ehtiyyat etdim ki, bəzi kompliment sevməyən şəxslər mənə qarşi ağir cinayət işi açarlar ki, bəs, məxviləşdirilmiş ərazidə icazəsiz çekiliş aparmisan və s. Amma mənə inansinlar ki, bu həqiqətən də belə olub. Əyani təsəvvür üçün hamiya əlçatan olan gomap xəritəsində həmin traektoriyani skrinşot olaraq təqdim edirəm.
Təklif edirəm novbəti dəfə "Təşkilati sağlamlaşdirma və əmək haqqi büdcəsində qənaət hədəfləri tədbirlər planina" uyğun olaraq bizləri elə 8 noyabr prospektində düşürüb birbaşa piyada olaraq gəmi limanina istiqamətləndirsinlər.
Çooox SAĞOLUN!
Hörmətlə Rac Kərimov.

TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]