3 yaşadək uşaqlara qulluğa görə daha çox sosial dəstəyə ehtiyacı olan işsiz valideynlər bu müavinətdən yararlana bilməyəcəklər

4-02-2026, 10:34           
3 yaşadək uşaqlara qulluğa görə daha çox sosial dəstəyə ehtiyacı olan işsiz valideynlər bu müavinətdən yararlana bilməyəcəklər
VACİB MƏQAM!!!!
Gəlin aydınlaşdıraq.
3 yaşadək uşaqlara qulluğa görə kimlər və nə qədər müavinət ala bilərlər? Dünəndən bir çox jurnalist dostların bu mövzuda suallarını cavablandırmışam. Lakin təəssüf ki, yenə hay-küyçü, yalançı. cəmiyyəti çaşdırmağa yönələn media orqanları əsas məqamı gizlədirlər. Azı 100 adam zəng edib soruşub ki, 3 yaşa qədər uşaqlar üçün müavinəti haradan və necə alaq? Çünki xəbərin əsas hissəsi gizlədilir. Cəmiyyəti çaşdırırlar.
Əsas məqam dünən baş nazir Əli Əsədov "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və müavinətlərin hesablanması və ödənilməsi” Əsasnaməsinin yeni variantını təsdiqləyib. Yeni qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq, dəfn, həmçinin sanatoriya-kurort müalicəsi üzrə müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi qaydaları müəyyənləşdirilib.
Qərara görə uşağın 1,5 yaşına qədər olan dövr üçün aylıq müavinət 44 manat, 1,5 yaşdan 3 yaşadək dövr üçün isə 28 manat müəyyən edilib. Yəni hanısas artımdan söhbət getmir. Xüsusi bir yenilik də baş verməyib.
TEREF yazır ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli yazır. Razi Abasbəyli daha sonra yazır:
DAHA VACİB MƏQAM - bu pulu kimlər ala bilər?
Uşağa qulluğa görə müavinəti ƏMƏK MÜQAVİLƏSİ ilə işləyən və uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq edən valideynlərdən biri (ana və ya ata) və ya ailənin digər işləyən üzvü (nənə, baba və s.) alır.
Yəni bu müavinəti əldə etmək üçün mütləq rəsmi iş yeri olmalıdır. Tutaq ki, bir ailədə nə ana, nə ata rəsmi işləmir. Baba və ya nənə də işləmir və ya təqaüdçüdürsə, o zaman uşağa 3 yaşadək qulluğa görə müavinət təyin edilmir.
Yəni xəbəri belə təqdim etmək lazımdır. Yalnız rəsmi əmək müqaviləsi ilə işləyənlərin əmək haqqına qismən məzuniyyət pulu kimi yuxarıda qeyd etdiyimiz vəsaitlər əlavə edilir.
Yəni insanları aldatmaq lazım deyil.
Daha çox sosial dəstəyə ehtiyacı olan işsiz valideynlər bu müavinəti ala bilmirlər. Bu qədər sadə və aydın ifadə etmək olardı ki, hansısa tiktoker(lər) də az qala bunu ŞAD XƏBƏR kimi təqdim edib insanları aldatmasınlar.
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru