Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi öldürülüb.

4-02-2026, 00:11           
Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi öldürülüb.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbdəki Əz-Zintan şəhərində öldürülüb.
TEREF "Report"a istinadən xəbər verir ki, bu məlumatı "Libya al-Ahrar" telekanalı yayıb.

Əl-İslama yaxın mənbələrinin verdiyi məlumata görə, ona naməlum yaraqlılar hücum edib. Hadisənin əlavə təfərrüatları hələlik açıqlanmayıb.

2021-ci ildə Seyf əl-İslam Liviya prezidentliyinə ümumi seçkilərdə namizədliyini irəli sürmək planlarını açıqladı. Seçkilərin həmin ilin sonlarında keçirilməsi planlaşdırılırdı, lakin hələ baş tutmayıb.

2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin ölkədəki dəstək missiyasının rəhbəri Əbdülay Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru