Nazirlikdə böyük islahatlar: Xeyli vəzifəli işini itirdi — Onlardan başqa

4-02-2026, 16:52           
Nazirlikdə böyük islahatlar: Xeyli vəzifəli işini itirdi — Onlardan başqa
Sabiq nazirin kadrları postlarını itirdi: Ədliyyə Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri

Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri Fikrət Məmmədovun dövründə vəzifəyə təyin olunmuş kadrların böyük əksəriyyəti postlarını itirib.

2024-cü il fevralın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ədliyyə naziri təyin edilib. O, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.

Ədliyyə Nazirliyinin Aparatına 14 idarə və baş idarə daxildir.

Oxu24.com-un məlumatına görə, Fərid Əhmədov vəzifəyə başladıqdan sonra nazirlikdə genişmiqyaslı kadr islahatlarına start verilib.

Nəticədə idarə və baş idarə rəislərinin əksəriyyəti vəzifəsindən azad edilib və yerinə yeni təyinatlar aparılıb.

2024-cü il ərzində vəzifəsindən azad edilənlər arasında aşağıdakı şəxslər var:

Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov,

Qanunvericilik baş idarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev,

Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Mehman Soltanov,

İcra xidmətinin rəisi İlqar Cəfərov,

Probasiya xidmətinin rəisi Akşin Ziyadov,

Bələdiyyələrlə iş baş idarəsinin rəisi Rəhman Məmmədov,

Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi Malik Ələkbərov,

İnsan resursları idarəsinin rəisi Rauf Məhərrəmov,












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]