Bizim, fahişəliyi və pediofiliyanı qınamağımız, ona nifrət etməyimiz əlbəttə ki, doğrudur - belə də olmalıdır. - Bəs bizim "masaj salonları" və "sağlamlıq mərkəzləri"də...
5-02-2026, 15:07
Bu məsələyə görə ABŞ-ı, demokratları, respublikaçıları, hətta demokratiyanı qınayanlar var, amma bir məsələyə diqqət yetirməyimiz lazımdır- Bakıda gəzərkən hər küncdə rast gəlinən "masaj salonları" və "sağlamlıq mərkəzləri"nə. Yoxsa doğrudanmı düşünürsünüz ki, orada azyaşlılar yoxdur və "iş stajı" əmək kitabçasına rəsmi şəkildə yazılır? O "massaj salonları"nın hər birində balaca epşteynlər də var, fahişəliyə cəlbetmə də var, nə deyirsiniz var. Fahişəliyin leqallaşdırılması siyasi müzakirələr predmetidir, amma fakt faktlığındadır ki, Azərbaycanda buna aid qeyri-qanuni, kriminal, nəhəng kölgə industriya mövcuddur. Kamran Cəfərov TEREF