Naçxıvanın muxtariyyəti “de-facto” ləğv edildi - Ölkə Ana Yasası dəyişikliyi ərəfəsindədir

5-02-2026, 17:49           
Naçxıvanın muxtariyyəti “de-facto” ləğv edildi - Ölkə Ana Yasası dəyişikliyi ərəfəsindədir
Başımız Jeffrey Epsteinə, İrana, Rusiyanın Ukraynaya təcavüzünə qarışıb deyə, məmləkətdə bəzi maraqlı proseslərin müzakirəsi kənarda qalıb. Son günlər ciddi hadisə baş verdi – qəbul edilmiş yeni qanunlara, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərə görə, Naçxıvanın muxtariyyəti “de-facto” ləğv edildi. Növbəti addım kimi, çox güman, Azərbaycan Konstitusiyasına da dəyişikliklər etmək lazım olacaq – bunun üçün referendum lazımdır.
Referenduma tək Naxçıvan MR-nın “de-jure” ləğvi deyil, həm də İcra Hakimiyyəti institutunun ləğvi, Bələdiyyələrin səlahiyyət və məsuliyyətinin artırılması ilə yerli özünüidarə institutlarının gücləndirilməsi, proporsional seçkiyə keçid, Milli Məclisin hökumət üzərində nəzarətinin artırılması, ölkəmizin inzibati-ərazi quruluşunun dəyişdirilməsi – yəni, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayonun (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və s. kimi) inzibati ərazi vahidinə çevrilməsi, Prezidentin şəxsi nümayəndəliyi intitutunun gücləndirilməsi və iqtisadi inkişafa səbəb olacaq bir neçə başqa dəyişikliklər də qəbul edilsə, çox yaxşı olardı.
İlk addım kimi Naxçıvan MR-nın konstitusiyasına edilən dəyişiklik istiqamət olaraq doğrudur, ümid edirəm ki, növbəti addım Azərbaycan Ana Yasasına ölkənin önünü açacaq, iqtisadi tərəqqiyə, rifaha təməl yaradacaq dəyişikliklər olacaq...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru