Rusiyada ətraf xalqlara münasibətdə demokrat, liberal yoxdur, ola da bilməz, ...

6-02-2026, 16:49           
Rusiyada ətraf xalqlara münasibətdə demokrat, liberal yoxdur, ola da bilməz, ...
Rusiyanın rəsmi, dövlətə yaxın saytlar, media qalsın bir qırağa, “Dojd”, “Exo Moskva”, “Jivoy Qvozd” və s. , Allah bunları qoymasa, güya, demokratik, liberal, müxalifət mediası da Azərbaycan məhkəməsinin Qarabağ canilərinin hüquqa və törətdikləri alçaq əməllərə görə haqlı olaraq ömürlük və uzun müddətli həbs qərarlarına etiraz edirlər. Onları “siyasi məhbus” adlandırırlar, ölkəmizi qınamağa çalışırlar – bir sözlə, Rusiya “liberallarının” mövqeyi rəsmi imperialist mövqedən heç nə ilə seçilmir. Rusiyada ətraf xalqlara münasibətdə demokrat, liberal yoxdur, ola da bilməz, onların kafaları imperialist mərəzlə çoxdan zəhərlənib.
Dəfələrlə o mediaya açıqlamalar verərkən üzlərinə demişəm ki, siz işğalçı Rusiyaya xidmət edən, məsələn, Xerson vilayətinin işğal edilmiş hissəsinə Kremlin təyin etdiyi alkaqolik Vladimir Saldonu, Ukrayna həbs edib, məhkəməyə çıxartsa, ona haqq etdiyi həbs cəzası versə, nə deyərdiniz, etiraz edib Ukraynanı qınayardınızmı?! Qoyun kimi susublar, normal cavab verməyiblər.
Separatçılar, əlləri cinayətə batmışlar dünyanın hər yerində mütləq cəza almalıdırlar və Azərbaycan Dövləti tam hüquqi və ədələtli qərar verib. Ukraynaya da eyni ilə, separatçıların Kiyevdə məhkəmə qarşısında cavab verəcəyi günlər arzulayıram.
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru