İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? - Qohumluq əlaqəsi

7-02-2026, 00:00           
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? -
İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntünün yayılmasından sonra, məsələ ilə bağlı araşdırma başladıldı. Ancaq başladılan araşdırma barədə hələki hansısa bir açıqlama verilməyib.

AzFakt.com-a daxil olan məlumata görə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə edənlərdən biri də Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Belə ki, deputat Müşfiq Cəfərov Hacıalmuradlı kənd orta məktəbinin hərbi müəllimi Anar İbayevin xalası oğludur.

Hərbi müəllim Anar İbayev isə direktor Ruslan İbayevin əmisi oğludur.

Deputat Müşfiq Cəfərov

Bildirilir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin bütün gücü ilə şagirdi döyən məktəb direktoru Ruslan İbayevi müdafiə etməsinin arxasında məhz deputat Müşfiq Cəfərov və sektor müdiri Elşad Uğurliyev faktoru dayanır.

Bəhruz Nəbili

Milli Məclisin deputatı Müşfiq Cəfərova və Bəhruz Nəbiliyə arxalanan Ruslan İbayev 5 ay müddətində orta məktəbdən 4 işçini işdən çıxardıb.

Məktəb direktoru Ruslan İbayev

Hətta Ruslan İbayev məktəbin adını daşıdığı şəhid Qoşqar Tarverdiyevin qardaşı Zaur Tarverdiyevi də işindən azad edib. Şəhid qardaşı üzləşdiyi haqsızlıqla bağlı dəfələrlə Ruslan İbayevdən şikayətlər etsədə, sonda direktoru himayədarları qorumağı bacarıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru