Anar Bayramovun himayəsində olduğu deyilən şirkət 16, 5 milyonluq tenderin qalibi oldu

13-03-2026, 23:09           
Anar Bayramovun himayəsində olduğu deyilən şirkət 16, 5 milyonluq tenderin qalibi oldu
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əlillərin reabilitasiyası üçün malların satın alınması ilə bağlı tenderə yekun vurub.

TEREF xəbər verir ki, tenderin qalibi "ZN Trade” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 16 523 872,05 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 9 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.

Mediada gedən məlumatlara görə, "ZN Trade”MMC Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin keçmiş sədri, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Anar Bayramova yaxın şirkətdir. İddia olunur ki, şirkət məhz onun tərəfindən idarə olunur.

"ZN Trade” MMC-nin satınalma müsabiqələrində daha çox Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliy və Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin tenderlərində qalib elan edilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.//Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru