Hacıqabulda iftar məclisində qalmaqal: İcra başçısı müğənni Pünhan Piriyevi həbs etdirib...

Bu gün, 09:57           
Hacıqabulda iftar məclisində qalmaqal: İcra başçısı müğənni Pünhan Piriyevi həbs etdirib...
Müğənni Pünhan Piriyev dünən Hacıqabulda həbs edilib....

Bu barədə AzFakt.com-a daxil olan məlumata görə dünən Hacıqabul rayon İcra hakimiyyətinin Ramazan Bayramı günü münasibəti ilə “Qədir-Xum” ailəvi istirahət mərkəzində keçirdiyi iftar məclisinə dəvət alan müğənni Pünhan Piriyev tədbirdən sonra həbs edilib.

Müğənninin həbs edilməsi səbəbi isə iftar məclisindən sonra onu tədbirə dəvət edən icra başçısı Sevindik Hətəmovla hansısa səbəbə görə ucadan danışması olub. Məlumata görə Pünhan Piriyevin başçı ilə danışıdığı vaxt səsini ucaltması Sevindik Hətəmovu qəzəbləndirib və o, hüquq mühafizə orqanlarına müğənninin həbs edilməsini tapşırığını verib.

Digər məlumatda isə bildirilir ki, Pünhan Piriyev bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]