Qorxu çox pis şeydir... Putin təhlükəsizliyini ən yüksək səviyəyə şatdırır FOTO
Bu gün, 12:49
Ayətullah Əli Xameneyinin ölümü, deyəsən, Rusiya prezidenti Vladimir Putinə çox pis təsir edib. İndi o, hamıdan və hər şeydən qorxur. Onun iqamətgahının ətrafında təhlükəsizlik zonası yaradılır. "Agentstvo" nəşrinin məlumatına görə, Rusiyanın Federal Mühafizə Xidməti Putinin Soçidəki Boçarov Ruçey iqamətgahının ətrafında 3 kvadrat kilometrdən çox ərazini əhatə edən təhlükəsizlik zonası yaratmağı təklif edib. Bu zonada bannerlərin nümayiş etdirilməsi, silah kimi əşyaların istifadəsi, vertolyot meydançalarının tikintisi, avtomobil və motosiklet təmiri, heyvanların yetişdirilməsi və tullantıların atılması qadağan ediləcək. Bundan əlavə, bəndin bir hissəsi istisna olmaqla, dron uçuşları və su nəqliyyat vasitələrinin lövbər salması qadağan ediləcək. Amma bu işlər hara qədər davam edə bilər? Əgər insan qorxursa, ona heç nə kömək edə bilməz... Dadash Ahmadli TEREF