Sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı öhdəliklər İTSDA-dan TƏBİB-ə keçib
20-03-2026, 00:07
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.