Yeni nazir müavininin atası özündən məşhur imiş

21-03-2026, 09:44           
Yeni nazir müavininin atası özündən məşhur imiş
Xəbər verdiyimiz kimi, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavini təyin edilib.
TEREF Modernə.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Rəşad Həsənov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.
Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər. Beləliklə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
BakuPost
Məlumata görə, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru