İran rejimi çaşıb hamıya ziyankar iç üzünü göstərdi...
23-03-2026, 10:19

Ərəb dünyasının iki böyük dövləti Misir və həm Səudiyyə Ərəbistanı İranı Fars körfəzi bölgəsi sabitliyi və təhlükəsizliyini pozmaqda ittiham edən birgə bəyanat yayıblar.
Misir prezidenti Əbdülfəttah Sisi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman görüşdə İranın hava hücumlarına qarşı artıq, dərin əməkdaşlıq etmək barədə rəsmi razılığa gəliblər. Qahirə Ər-Riyadla tam həmrəyliyini vurğulayıb və körfəz ərəb dövlətlərinə hücuma qətiyyətli cavaba qoşulacağını bildirib.
Razılaşma Ərəb Liqası tərəfdən dəstəklənib.
Misir və Səudiyyə Ərəbistanının bu gedişləri daha geniş anti-İran koalisiyası yaratma yönlü addımdır. Bu da İrana qarşı çox böyük maddi trilyonlar əsaslı hərbi savaşın genişlənməsidir.
Yaxın Şərqdəki müharibə dördüncü həftəsinə qədəm qoyur. İran rejimi ətrafındakı cəbhəyə Avropa və Ərəb dünyasının qoşulması prosesi ilə tədricən görünməmiş böyük koalisiyanın formalaşır. Və bu qədər maddi, hərbi potensial qarşısında İran rejimi Rusiya və Çin tərəfdən nə qədər dəstəklənsə də belə, çətin duruş gətirsin.
İran rejimi özü yaradır özünə qarşı bu qüvvələri, konkret ABŞ və İsrail zərbələrinə cavab əvəzinə çox müxtəlif ölkələrə atəşlər və ziyankarlıqlarla. Xüsusən 4000 km aralı Dieqo Qarsiya adasına raket atmaqla, İran bir o qədər də məsafədəki Avropanı özünə qarşı ayıltdı: Avropaya da atar.
İlqar Altay
TEREF

