“Müctəba Xamenei təcrid olunub, mesajlara cavab vermir“ - “The Washington Post“

24-03-2026, 00:06           
“Müctəba Xamenei təcrid olunub, mesajlara cavab vermir“ -
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və ona göndərilən mesajlara cavab vermir.

Bu barədə “The Washington Post“ qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə, SEPAH və bəzi din xadimləri ölkədə nəzarəti gücləndiriblər.

Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin “Mossad” agentliyi və digər kəşfiyyat qurumları Xameneinin izini müəyyən etmək üçün çalışırlar.

O, atasının qətlindən sonra yeni ali rəhbər elan edildiyi gündən bəri ictimaiyyət arasında görünməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru