Günün fotosu!... ADSEA-nın möhtəşəm, "işbilən" sözçüləri, piarçıları açıqlama, foto yayıb ki,... FOTO

28-03-2026, 09:06           
Günün fotosu!... ADSEA-nın möhtəşəm, "işbilən" sözçüləri, piarçıları açıqlama, foto yayıb ki,... FOTO
Günün fotosu!
ADSEA-nın möhtəşəm, "işbilən" sözçüləri, piarçıları açıqlama, foto yayıb ki, bəs hazırda əməkdaşlarımız şəhərdə sel basan yerlərdə drenajları açırlar, ciddi işlər görürlər.
"Zəhmətkeş", "fədakar" əmr verən əməkdaşın subasma ilə mübarizə zamanı (?) - iş başında olarkən çəkməsinin parıltısından, 10 saatdır şıdırğı yağışın davam etməsinə rəğmən ərazinin quru olmasından şəkil özü dil açıb deyir ki, mən görüntü üçünəm, real, yeni deyiləm)))
TEREF xbər verir ki, bunu Oxu.az saytının redaktoru Elşad Məmmədli yazır. Daha sonra Elşad Məmmədli fikrini davam etdirərək yazır:
Bunun adı nədir?! Camaat görür axı. Faktiki durumu da, göstəriləni də...
Camaat "görməsə" də göydə Allah, yerdə DÖVLƏT Baba hər şeyi görür, bilir...
P.S. Gerçək işlərinin fotosunu da yayıblar. Onu da şərh bölümünə atıram, özünüz qiymət verərsiniz. Mən daha əvvəlki statusda "vəsf" etmişəm.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru