Türkiyə xəstəxanalarında dünyasını dəyişən məşhurlarımız-İNANILMAZ SƏBƏB
30-03-2026, 11:38

…Niyə Azərbaycanlı tanınmışlar Türkiyə xəstəxanalarına sağ gedir, geriyə salamat qayıtmır- tabutda gətirilir???
“Təzadlar” olaraq bu suala cavab axtarmağa çalışdıq… Türkiyə xəstəxanalarına öz ayağı ilə gedib, sonda dünyasını dəyişənimiz -Xalq artisti, tanınmış aktyor, korifey sənətkarımız Rasim Balayevdir! Azərbaycanda elə bir adam tapılmaz ki, bu ölümə acımasın, təəssüflənməsin. Allah rəhmət eləsin!
***
Bəs nə baş verir? Sosial mediada rast gəldiyimiz bu sual və şərh düşündürücüdür: necə ola bilər ki, Türkiyənin, yaxud Almaniyanın, ABŞ- ın məşhur həkimləri Azərbaycana saathesabı işləməyə gəlir, ən ağır cərrahi əməliyyatlara, müayinələrə cəlb edilir, amma bizim bir çox məşhurlarımız, kobud sələnsə də, Türkiyə xəstəxanalarına diri gedib ölü qayıdır???
Bir çoxlarını yada salaq: sabiq deputat Fəzail Ağamalı Türkiyəyə müalicəyə sağ- salamat getdi, amma geriyə tabutda qayıtdı.
Sabiq deputat Qənirə Paşayeva İstanbula sağ- salamat getdi, o da geriyə tabutda qayıtdı…
Budur, ötən il “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” İdarə Heyətinin sədri Köçərli Həsənov İstanbulda Memorial Şişli xəstəxanasında ürək əməliyyatı keçirdi, amma əməliyyatdan az sonra həyatını itirdi.
Ondan əvvəl isə Xalq artisti Ramiz Əzizbəyli də qardaş ölkəyə, necə deyərlər, bahalı müalicəyə getdi, amma dünyasını dəyişdi.
Xalq artisti, sevilən aktyorumuz Yaşar Nuri də İstanbulun məşhur “Memorial” xəstəxanasına sağalmağa getdi, amma geriyə nəşi qayıtdı.
Əvəzolunmaz səs sahibi, Xalq artisti Qədir Rüstəmov da Türkiyəyə öz ayağı ilə getdi, geriyə tabutda qayıtdı.
Sabiq deputat, Xalq şairi Zəlimxan Yaqub da Türkiyəyə müalicəyə getdi, geriyə qayıdandan az sonra dünyasını dəyişdi.
Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy və həyat yoldaşı Həlimə Əliyeva da Türkiyə xəstəxanalarında dünyasını dəyişiblər.
Azərbaycanın tanınmış nazirlərindən biri, “ADNŞ”nin sabiq prezidenti Natiq Əliyev də Türkiyəyə müalicəyə getmişdi, geriyə cənazəsi gəldi…
***
Bu siyahını bir az da artırmaq olar. Amma sual birdir: niyə???
Hesab edirik ki, biz Azərbaycanlı olaraq həkimə ən sonda gedirik! Hər şeyə qızıldan qiymətli vaxtımızı ayıra bilitik, pul xərcləyirik, amma səhhətimizə olmayan qədər biganəyik! Və belə çıxır ki, Türkiyədəki həkimlər dərdimizə çarə tapa bilmirlər və s. Yox, belə deyil! Amma “Təzadlar”ın müşahidə və araşdırmaları göstərir ki, əslində, məsələ elə deyil, sadəcə, bizim məşhurları Türkiyə xəstəxanalarına xəstəliyin ən son mərhələsində aparırlar. Bu zaman isə hər şey gec olur!
Beləliklə, məşhurlarımızın ölümlərinə yanıb- yaxılarkən, həm də düşünək ki, özümüz də səhhətimizə olmayan qədər biganəyik!
Asif Mərzili

