Əbülfəzl Şəkərçi: "ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır"

3-04-2026, 10:41           
Əbülfəzl Şəkərçi: "ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır"
"ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır".

Bu barədə ISNA İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkərçinin sitatına istinadən xəbər yayıb.

"Amerikalılar hazırda müharibədən ləyaqətli bir çıxış yolu axtarırlar, lakin biz onların etdiklərinin qisasını alana qədər onları buraxmayacağıq", - deyə o bildirib.

Bundan əlavə, İran ordusunun rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlara heç bir halda Hörmüz boğazı vasitəsilə hərəkət etməyə icazə verilməyəcək.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru