Müamma: Əhaliyə 57,0 milyon kubmetr qaz qanunsuz yüklənib - Azəriqazda cinayətlərə görə vəzifədə yüksəlirlər?
6-04-2026, 06:46
Düşünürəm ki, bəlkə araşdırasınız? Yox? Mütləq!!! Bildirdilər ki: Qazdan istifadə üçün abonentlərin kartlara yüklədiyi puldan tutulan vəsaitlər, həmçinin mexaniki qaz sayğaclı abonentlərin zaman zaman əsassız borclanması ilə bağlı çoxsaylı şikayətlərin əsas səbəbi : -12 May 2022-ci il tarixində Abonent bazasına Xidmət şöbəsi tərəfindən ümumilikdə 5,7 milyon manat dəyərində 57,0 milyon kubmetr qaz yüz minlərlə əhali abonentinin hesabına yükləndi. Aparılan əməliyyatın isə heç bir əsası yox idi. Bu məsələ ilə bağlı bir neçə vəzifəli şəxs(ad soyad qeyd olunub) İqtisadiyyat nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə aparılıb 2 gün də orda saxlanıldılar. Ancaq məsələ ört basdır edildi. Sonra gələn təzə komanda da bu məsələnin üstünə getmədi. Bu gün də həmin borclar vətəndaşların hesabındadır. Sadəcə abonentlərə verilən bildirişlərdə məqsədli şəkildə gizlədilir. Mükafat olaraq sonradan həmin şəxslərə təzə vəzifə verildi. Ancaq təzələrin əmri ilə. Mirvari Gahramanli TEREF