Şahbaz Şərif TƏSDİQLƏDİ: İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib

8-04-2026, 07:38           
Şahbaz Şərif TƏSDİQLƏDİ: İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib
İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.

"Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər",- o bildirib və əlavə edib ki, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir:

"Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm".

Ş. Şərif qeyd edib ki, "İslamabad Danışıqları" davamlı sülhə nail olmaqda uğur qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru