Bir zamanlar nüvə silahı bəşəriyyət üçün dəhşətli faciə mənbəyi idisə, artıq ikinci dəhşətli silah da yaranmağa başlayıb
10-04-2026, 08:58

Bir zamanlar nüvə silahı bəşəriyyət üçün dəhşətli faciə mənbəyi idisə, artıq ikinci dəhşətli silah da yaranmağa başlayıb. Bu süni intellektdir. Süni İntellekt milyonlarla insanı işsiz qoymaqla nüvə silahından da təhlükəli hala gətirilir.
OpenAI əməkdaşlarının qurduqları Anthropic şirkəti Claude Mythos Preview süni intellekt proqramını istifadəyə verməkdən son anda imtina edib. Bilirsinizmi hansı səbəbə görə?
Bu proqram qlobal rəqəmsal bazalarda özü sərbəst şəkildə minlərlə “zero-day” (gizli) zəiflik tapıb.
Hətta bu zəifliklərdən istifadə edib hücum ssenariləri yaradıb. Proqramın test edilməsi zamanı bəzi hallarda insan iradəsindən kənara çıxaraq, ona verilməmiş əmrləri icra etməyə başlayıb. Daxil olduğu boşluqlardan sonra özünü “gizlətməyə” və sistemdən çıxmağa cəhd edib.
Bu proqrama əmr verilmədən bir neçə dövlət təşkilatına haker hücumları etməyə başlayıb.
Proqram müəllifləri də belə olduğu təqdirdə onu dərhal sıfırlayıblar.
İndi dünyada ən çox müzakirə edilən məsələ məhz Süni İntellektin gəldiyi bu təhlükəli məqamdır. Əgər bu proqram yanlış əllərə düşsə dünyada kiber müharibə alətinə çevrilə bilər.
Nəticədə bir gündə bir dövlətin bütün sistemini çökdürmək mümkün olar. Eyni vaxtda milyonlarla insanın şəxsi hesablarına daxil ola bilər.
Təsəvvür etmək belə dəhşətlidir.
Yəqin ki, yaxın illərdə dünya dövlətləri ümumi razılağa gələrək belə proqramların istifadəsini qadağan edən qlobal qərar verəcəklər.
Əks təqdirdə dünya düzəni bir anda pozula bilər...
Razi Abasbəyli
TEREF

