Davinçi Estetikdə həkim olmadan çalışanlar ifşa olunur… Araşdırma
Bu gün, 12:18

Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunsuz estetik prosedurlar keçirildiyi iddia olunurdu.
Ötən yazılarda bir neçə həkim olmayanlar və estetik əməliyyatlar prosedurlar icra olunduğu barədə məlumat verilmişdir.
Rəsmi məlumata görə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da təsdiqlənib. Həmçinin Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar qismində özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib.
Həmçinin Cəmalə Rüstəmova adlı şəxs “Cəmilə Paşayeva” adı ilə Davinçi Estetik Klinikasında qeytiyyatçı kimi işə götürlsədə eyni zamanda estetik prosedurlar icra etdiyi iddia olunurdu. Belə ki ( üzgərmə, qaşqaldırma və s.) prosedurlara həyata keçirilməsi ilə bağlı iddialar var.
XALQ sosial platformalarda yayılan məlumatlara görə Cəmalə Rüstəmova adlı şəxs “Cəmilə Paşayeva” adı ilə Davinçi Estetik Klinikasında estetik prosedurlar üçün danışıqlar aparır və pasiyentlə razılaşma həyata keçirir.

Bu hal Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin və aidiyyatı qurumların araşdırmasının səlahiyyətindədir. Biz vətəndaşlara saxta, Ali tibbi təhsili olmayan “doktorlara” tibbi və estetik prosedurların etdirilməsi üçün çağırış edirik.
Bildirirk ki, Davinçi Estetik Klinikası Yasamal rayonunda fəaliyyət göstərərək idarəçiliyi Natavan Babayeva həyata keçirir.

Lakin rəhbər olaraq Rafiq Əliyev olduğu qeyd olunur.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrində mütəmadi planlı yoxlamalar aparır. Bununla yanaşı, vətəndaş müraciətləri, mediada yayımlanan və ya insanların həyat və sağlamlığı üçün risk yarada bilən faktlar əsasında qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar keçirilir. Aşkar edilən qanunsuz tibbi praktika halları barədə inzibati tədbirlər görülür.
İnanırıq ki, aidiyyatı qurumlar bu qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görəcək, məsələ ilə bağlı aidiyyatı orqanalara müraciətlər olunub.

Qeyd edəki ki, Davinçi Estetik Klinikasında həkim olmadan çalışanlar “Dr Afərim” Afərim Süleymanova, “Dr. Elvar” Elvar Quluzadədə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma başlanılıb.

Araşdırmamız davam edir.
Hazıda adları keçənlərin və aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.
Sosial platformada s_aesthetcs səhifəsində pasiyentlərlə danışıq apararaq Davinçi Estetik Klinikasına konum ataraq dəvət edir.
Həmin görüntüləri təqdim edirik:

