Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU VİDEO

5-05-2026, 07:48           
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU  VİDEO
"Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin sosial şəbəkələrdə yaydığı yeni reklam çarxında "tiktoker" Anar Orucov və qardaşı Tural Orucov rol alıb.

32gun.az xəbər verir ki, reklamda "4 + 4" tirajlı lotereyasının təbliği aparılır və izləyicilər uduş şansı üçün qurumun rəsmi saytına yönləndirilir.

Xatırladaq ki, ötən ilin noyabrında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, eləcə də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz qumar oyunlarını reklam edən şəxslərə qarşı birgə tədbir keçirib.

Keçirilən əməliyyat zamanı qanunsuz mərc oyunlarını reklam etdiklərinə görə saxlanılan 17 nəfər influenser arasında tiktoker Anar Orucov da var idi. Həmin vaxt Anar Orucov özünə məxsus sosial şəbəkə hesablarında qanunsuz mərc saytlarını reklam etdiyini etiraf etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru