Deputat Cavanşir Feyziyevin Lixtenşteyndə yerləşən bank hesabındakı vəsait də bloklanıb.. Söhbət milyonlardan gedir
5-05-2026, 19:10
TEREF yazır ki, bir müddət əvvəl mediada gedən məlumata görə deputat Cavanşir Feyziyevin İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddası əsasında İngiltərədə əmlakı dondurulmuşdu. Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdığına görə Cavanşir Feyziyevin Londonda dondurulmuş 22 əmlakıı ilə məsələ bitmir. Onun Lixtenşteyndə yerləşən bank hesabındakı vəsait də bloklanıb. Burda söhbət bir neçə milyon İsveçrə frankından gedir. TEREF olaraq Cavanşır bəyin yazdıqlarını nəzərinizə çatdırırıq: "Cavanşir Həsənli 32 мин İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddası əsasında adaşım Feyziyevin dondurulmuş əmıakları ilə bağlı məhkəmə qərarını əldə etmişəm. Qərarda təkcə Londondakı "dondurulan" 22 əmlakdan söhbət getmir, məlum olur ki, Milli Məclis deputatının cırtdan dövlət sayılan Lixtenşteyndə yerləşən bank hesabındakı vəsait də bloklanıb. Söhbət bir neçə milyon İsveçrə frankından gedir. Bank hesabı hər hansı şirkətin və digər şəxsin yox, şəxsən Cavanşir Feyziyevin adınadır. Bizim əjdahalar milyonları "cırtdanlar"a yedirdirlər. Kəmaləddin Heydərov Andorrada, Cavanşir Feyziyev Lixtenşteyndə... Macəralar bitmir."