İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir

6-05-2026, 15:29           
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə Peşə Mərkəzində tələbələr arasında vərəm aşkarlanıb...

Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərkibində fəaliyyət göstərən bir neçə peşə mərkəzində tələbələr arasında vərəm aşkarlanıb. Xüsusilə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (5 saylı) yoluxma halları daha kritik vəziyyətdədir.

Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova məsələ ilə bağlı açıqlamasında peşə təhsil müəssisələrinin bağlanması barədə yayılan iddiaları təkzib edib və tədris prosesinin davam etdiyini bildirib.

Lakin Bizimesr.com-a daxil olan məlumatlara əsasən, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsas korpusu artıq 3 həftədir ki, vərəm səbəbindən fəaliyyətini dayandırıb. Bildirilir ki, tələbələr arasında kütləvi yoluxma müşahidə olunduğundan dərslər onlayn formata keçirilib.

Eyni vəziyyətin Buzovnada yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinində yaşandığı qeyd olunur. Məlumata görə, müayinəyə cəlb edilən tələbələr arasında yoluxma sayı kifayət qədər yüksək olub və bu səbəbdən dərslər əsas korpusda dayandırılıb. Bundan əlavə, digər peşə mərkəzlərində də vərəm halları ilə bağlı şübhələrin olduğu iddia edilir. Daha bir məlumata görə, vərəmə yoluxan tələbələrdən bir neçəsinin vəziyyəti olduqca ağırdır.

Qeyd edək ki, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi təyin olunan Əlağa Kərimovdur. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru isə Pərviz Həmzəyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru