Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - VİDEO

12-05-2026, 15:44           
Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - VİDEO
Dəniz mənzərəsinə olan maraq bəzən vətəndaşlar üçün ciddi maddi itkiyə çevrilir.

Xəzər TV xəbər verir ki, dəniz mənzərəli binalarda mənzillər digər mənzillərlə müqayisədə 30-50 faiz daha baha qiymətə təklif olunur. Lakin sonradan həmin mənzillərin qarşısında yeni bina tikildikdə və mənzərə bağlandıqda, daşınmaz əmlakın bazar dəyəri kəskin şəkildə aşağı düşür.


Əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, şəhərin bəzi ərazilərində vətəndaşların mənzərəyə aldanma riski daha yüksəkdir. Onun sözlərinə görə, bu risk ərazinin relyefi və tikilən binanın mərtəbə sayı ilə birbaşa bağlıdır.

Vəkil Tural Şahbazov isə məsələnin hüquqi tərəfinə diqqət çəkərək qeyd edib ki, problem müqavilə əsasında tənzimlənməlidir.

O bildirib ki, əgər vətəndaş mənzil alarkən müqavilədə "dəniz mənzərəsi" ilə bağlı xüsusi bəndin daxil edilməsinə nail olubsa, gələcəkdə mənzərə bağlandığı halda məhkəməyə müraciət edərək təzminat tələb edə bilər.

Mütəxəssislərin fikrincə, mənzil alarkən mənzərəyə görə əlavə ödəniş edən şəxslər müqavilədə bunun ayrıca qeyd olunmasına xüsusi diqqət yetirməlidirlər.

Əks halda, bir gün pəncərədən baxarkən dəniz əvəzinə qarşıdakı binanın divarı ilə üz-üzə qala bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru