Fizika üzrə Nobel mükafatı 3 alimə verildi

3-10-2018, 07:23           
Fizika üzrə Nobel mükafatı 3 alimə verildi
Fizika üzrə Nobel mükafatı 2018-ci ildə lazeri araşdıran üç alimə verilib.

Open.az xəbər verir ki, mükafatı alan alimlər amerikalı Artur Aşkin, fransalı Jerar Muru və kanadalı Donna Striklenddir.

96 yaşlı Aşkin mükafatı optik pinset ixtirasına görə alıb. Bu alət lazer işığı vasitəsilə mikroskopik hissəciklərlə manipulyasiyaya imkan verir. Həmin alət hələ 1976-cı ildə ixtira edilib.

Mükafatla bərabər ödənilən 1 milyon dolların yarısı Aşkinə verilib. Digər yarsısı isə digər alimlər arasında bölüşdürüləcək.

Bu həftə kimya sahəsində də Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Nobel Sülh Mükafatı qalibinin adı isə oktyabrın 5-də Norveç Nobel Komitəsi tərəfindən açıqlanacaq.

Oktyabrın 8-də İsveç Mərkəzi Bankı iqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adını bildirəcək.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilməyəcək. Buna səbəb cinsi qısnama və maliyyə cinayətləri üzündən akademiyanın 18 üzvdən ibarət gizli heyəti arasında kəskin fikir ayrılığının yaranmasıdır.

Heyət üzvlərinin ömürlük təyinatına baxmayaraq yeddi üzv istefa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru