Ağır qəza - Ölən və yaralananlar var

30-04-2015, 10:33           
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Binqədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 07:45-də Azadlıq prospektində, Rəsulzadə qəsəbəsinə gedən yolda baş verib.

Həmin ərazidə "VAZ-2107"markalı avtomobillə "VAZ-21015" markalı maşın toqquşub. Zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə polis, dövlət yol polisi, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Qəza baş verən ərazidə böyük tıxac yaranıb.

Qəza nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. "VAZ-2107" markalı avtomobilin sürücüsü sıxılmış avtomobildə qalaraq dünyasını dəyişib.

Dİgər yaralılar Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]