Xameneyi `İnstagram`ı bir-birinə qatdı

30-04-2015, 20:58           
Xameneyi `İnstagram`ı bir-birinə qatdı
İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyinin “İnstagram” sosial şəbəkəsində 1,5 dəqiqəlik video paylaşmağı səs-küyə səbəb olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamının yalnız 15 saniyəlik video paylaşma məhdudiyyəti olduğu halda Xamaneyinin bu videonu necə paylaşması “İnstagram” ın iranlı istifadəçilərinin müzakirəsinə çevrilib.

Bəzi istifadəçilərin fikrincə İnstagram onun çıxışından təsirləndiyinə görə Xameneyiyə xüsusi imtiyaz verib.



“Manoto 1” kanalının müxbiri Puriya Zəraati Tvitter sosial şəbəkəsində Xamaneyinin buna necə nail olduğunu yazıb, “İnstagram” rəhbərliyi isə cavabında həmin videonun texniki nasazlığa görə paylaşıldığını yazıb:

“Sistemdə nasazlıq yarandığından istifadəçilərin 15 saniyədən uzun videolar paylaşmasına imkan yaranıb və bu nasazlıq qısa müddətdə aradan qaldırılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]