Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

25-07-2021, 11:15           
Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
Rusiyada iyulun 19-da radarlardan itən “An-2” tipli təyyarənin qalıqları tapılıb.
APA-nın verdiyi məlumata görə, turist qrupu təyyarənin qalıqlarını Buryatinin Okinsk rayonunda dağlıq ərazidə aşkarlayıblar.

Hadisə yerinə xilasedicilər göndərilib. Ancaq xilasedicilər pis hava şəraitinə görə hələ hadisə yerinə yaxınlaşa bilmirlər.

Qeyd edək ki, göyərtəsində 6 nəfərin olduğu "Feniks" aviaşirkətinə məxsus təyyarə iyulun 19-da radarlardan itib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru