Siyasətçi üçün vacib keyfiyyətlərdən biri də dayanmaq lazım gələn vaxtı və hüdudu müəyyənləşdirməyi bacarmaqdır.

Bu gün, 12:55           
Siyasətçi üçün vacib keyfiyyətlərdən biri də dayanmaq lazım gələn vaxtı və hüdudu müəyyənləşdirməyi bacarmaqdır.
Siyasətçi üçün vacib keyfiyyətlərdən biri də dayanmaq lazım gələn vaxtı və hüdudu müəyyənləşdirməyi bacarmaqdır. Bunun ən parlaq nümunələrindən biri Mustafa Kamal Atatürkdür. Adam Qurtuluş savaşında qələbədən sonra duracağı hüdudu bildi.
İndi Türkiyədə Lozanna müqaviləsinə ağız büzən xeyli adamlar var. 100 il sonra demək asandır, o ərazi qaldı, bu ada getdi.
Atatürk də Lozannadan tam məmnun deyildi. Sonrakı illərdə onun şərtlərini mümkün qədər yaxşılaşdırdı: Montrö müqaviləsi ilə boğazları Türkiyənin suverenliyi altına aldı, Hatayı qaytardı. Amma hər zaman gücünün hüdudlarını dəqiq müəyyənləşdirməyi bacardı. İstər Lozannada, istər sonrakı illərdə mümkündən artığına iddia edib əlində olanları təhlükəyə atmadı.
Vaxtında durmamağın ən parlaq nümunəsi isə Adolf H-dir. Qısa müddət ərzində Almaniyanı Versal məhdudiyyətlərindən azad etdi, 1935-ci ildə Saar vilayətini birləşdirdi, 1938-ci ilin martında Avstriyanın anşlüsü baş tutdu. Oktyabrda isə əhalisinin 85-90 faizini (3 milyondan çox) almanlar təşkil edən Sudet vilayətini Çexoslovakiyadan qopardı. Burada durmağı bacarsaydı, ideologiyasının bütün iyrəncliyinə baxmayaraq, almanlar onu yüksək qiymətləndirəcəkdilər.
Putin də Krımı ilhaq edəndən sonra durmağı bacarmadı. Bəlkə də yarımadanı çox asanlıqla ələ keçirməsi onu “sərxoş” etdi və 8 il sonra genişmiqyaslı təcavüzə başlayanda ukraynalıların müqavimət potensialına inanmadı. İndi bilmirik, amma çox maraqlıdır, kəşfiyyat ona hansı məlumatlar vermişdi? Antidemokratik rejimlərdə kəşfiyyat, bir qayda olaraq, rəhbərə gerçəyi yox, eşitmək istədiyini xəbər verir. Rusiya kəşfiyyatı da belə davrandı, yoxsa Putin gerçək məlumatlara rəğman dayanmağı bacarmadı?
Yadigar Sadıqlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru