Yunanıstan Türkiyəyə qarşı savaşa başlayır: yeni sistem işə salındı

Bu gün, 09:37           
Yunanıstan Türkiyəyə qarşı savaşa başlayır:
Yunanıstan hərbi dəniz qüvvələrinin imkanlarını artırmaq üçün yeni addım atıb.

Moderator.az xəbər verir ki, Yunanıstan parlamentinin müvafiq komitəsi Kanadanın Geospectrum Technologies şirkətindən dörd ədəd M660 hidroakustik sisteminin alınmasını təsdiqləyib.

Müqavilənin dəyəri 24 milyon avro təşkil edir.

Məlumata görə, avadanlıqlar Yunanıstan Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan MEKO sinifli freqatların modernləşdirilməsi üçün nəzərdə tutulub.

Yeni sistemlər sualtı hədəflərin aşkarlanması, izlənməsi və dənizdə müşahidə imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Qərarın Türkiyə ilə Egey və Şərqi Aralıq dənizində davam edən gərginlik fonunda qəbul edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru