Səfəvi: Azərbaycan bildirdi ki, İranın şimal sərhədlərində heç bir anti İran iddiaları mövcud deyil
Bu gün, 11:38

İranın ali rəhbərinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.
"Ermənistanın cənubundan keçən yolla bağlı Azərbaycan Respublikası ilə aramızda gərgin bir mərhələ olmuşdu. Lakin biz öz mövqeyimizi onlara açıq ifadə etdik. Etiraf etmək gərəksə Azərbaycan kifayət qədər uyğun mövqe sərgilədi".
"Azərbaycan eyni zamanda bizə bildirdi ki, İranın şimal sərhədlərində heç bir anti İran iddiaları mövcud deyil və İrana qarşı heç bir lahiyədə yer almayacaqlar. Azərbaycan bu məsələdə geri çəkilib. Onlar Ermənistandan keçən yolun kimin nəzarətdə olmasından asılı olmayaraq Naxçıvana açılmasını istədiklərini bildirdilər".
"Ermənistan burada daha radikal mövqe ortaya qoydu. Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə: "sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik",- deyə bildirir, amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır".
"İran məcbur başqa yollarla təhlükəsizliyini qorumalı olacaq..."
Yəhya Rəhim Səfəvi: "Biz açıq bildirdik ki, gəlin problemlərimizi regional çərçivədə və region dövlətlərinin iştirakı ilə hər birinin maraqlarını nəzərə almaqla həll edək və müzakirə edək. Əgər bu o olmasa İran məcbur başqa yollarla təhlükəsizliyini qorumalı olacaq".
"Region ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlər düşmənçilik deyil, əməkdaşlıq və sabitlik üzərində qurulmalıdır.”
Cənubi Qafqazda təhlükəsizlik və sabitlik qorunmalıdır, münaqişələr genişlənməməlidir. Qonşu ölkələrlə iqtisadi və tranzit əlaqələr inkişaf etdirilməlidir.İslam ölkələri bir-biri ilə əməkdaşlıq etməli, parçalanmadan uzaq durmalıdır. Burada biz də məsuliyyətli davranmalıyıq".
"Azərbaycanla problemlərimizi müzakirə edərək həll edə bilərik və biz hazırda bunu həyata keçiririk".
Yahya Rəhim Səfəvi
| @CaucasianLive

